Fevralın 16-dan “Azəriqaz” İstehsalat Birliyində talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə donor günlərinə başlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə qurumun baş direktoru Ruslan Əliyev məlumat verib.
Onun sözlərinə görə, xeyirxah aksiya növbəti günlərdə də davam edəcək: "Bu gün özümün də iştirakı ilə 97 əməkdaşımız bu xeyirxah aksiyaya qoşulduq. Hesab edirəm ki, talassemiyadan əziyyət çəkən uşaqlara kömək etmək çox vacib məsələdir və bu işdə hər birimiz aktiv olmalıyıq".
