Məzmuna keç

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər “COVID-19”dan vəfat edib.