Bakıda axund qardaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseynbala Şamilovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu il martın 31-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb. Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngindən güllələyib. K. Şamilov aldığı yaradan ölüb.
Xatırladaq ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.
