Məzmuna keç

Cavid Hüseynov: “Korrupsiya hüquqpozmalarına qarşı tədbirlər bundan sonra da davam etdiriləcək”

"Korrupsiya hüquqpozmalarına qarşı tədbirlər bundan sonra da davam etdiriləcək".

Bunu e-huquq.az-a açıqlamasında Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov deyib.

O bildirib ki, Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya hüquqpozmalarına qarşı tədbirlər mütəmadi şəkildə davam etdirilir.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının 12 iyulda keçirilən iclasında qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Gəncə İnzibati-iqtisadi məhkəməsinin sədri Natiq Abbasovun və hakimi Kamil Rzayevin, Göygöl rayon məhkəməsinin hakimi Rafiq Məmmədovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.