Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı, 27 yaşlı İ.Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Abdullayev saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Abdullayev 18 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
