Bakı Apellyasiya Məhkəməsində cərimələnmiş olan “Avrora” MMC barəsindəki məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirirlən prosesdə qərar elan olunub.
Qərara əsasən, MMC-nin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Avrora” MMC-nin cərimənməsi barədə protokol tərtib edib, Binəqədi Rayon Məhkəməsinə göndərib. Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək) maddəsi ilə təqsirli bilinib.
Məhkəmə qərarından narazı qalan MMC apellyasiya şikayəti verib.
Xatırladaq ki, 1994-cü ildə yaradılan "Avrora" şirkəti yerli və xarici istehsalçıların istehlak mallarının distribyutoru kimi fəaliyyət göstərir.
