Məzmuna keç

Banka qarşı dələduzluq edən sabiq əməkdaşın şikayəti əsasında məhkəmə başladı

Banka qarşı dələduzluq edən sabiq əməkdaşın şikayəti əsasında məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib.

İttiham aktına əsasən, bağlanmış "Zaminbank"da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib.

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq, digər hesablara köçürüb.

İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.