Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 24-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında baş verib. Həmin ərazidə 1998-ci il təvəllüdlü Zaman Rüstəmov çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində E.Əliyev tərəfindən bıçaqlanıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məsəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, E.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Cinayət işi sonradan 29, 120.2-ci (xuluqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək Binəqədi Rayon Prokurorluğunun icraatına verilib.
