Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və oğurluqda təqsirləndirilən Nadir Mustafazadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Mustafazadə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Bakının Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində N.Mustafazadə saxlanılıb.
Onun rayon ərazisində 2 evdən ümumilikdə 1715 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.
Həmçinin N.Mustafazadə quldurluq da edib.
