Məzmuna keç

Binəqədidə qonşusunu bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başladı

Binəqədidə qonşusunu bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim İlqar Murquzov sədrliyi ilə keçirirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib. 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanınatəhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb və rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Bünyatov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.