"Azərbaycan Beynalxalq Bankı” ASC vətəndaşı məhkəməyə verib.
E-huquq.az xəbər verir ki, Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən bank Ruslan Qurbanovdan ASC-nin xeyrinə 1399 manat artıq ödənilmiş borc və 30 manat 40 qəpik dövlət rüsumunun tutulması, özünə aid olmayan pul vəsaitindən qanunsuz istifadə etdiyinə və onu qaytarmaqdan qərəzli boyun qaçırdığına görə cavabdehin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmasını istəyib.
Şəki Rayon Məhkəməsinin qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.
Məhkəmə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edib ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır.
İddiaçıya izah olunub ki, göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edə bilər.
Qərara əsasən, sənədlər geri qaytarılmalıb.
