Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlqar badullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il aprel ayında Bakı-Quba yolunun 157-ci kilometrliyində baş verib.
Quba rayonunun Qaraçay kənd sakini, 1988-ci il təvəllüdlü İ.Abdullayev 1989-cu il təvəllüdlü Elnur Ərzumanovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində E.Ərzumanov İ.Abdullayevi yumruqla vurub. İ.Abdullayev isə üzərində gəzdirdiyi bıçaqla onu qarın nahiyəsindən bıçaqlayıb.
Faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və İ.Abdullayev şübhəli şəxs qismində saxlanılıb.
