Məzmuna keç

Olimpiya İdman Kompleksi “Azəriqaz”ı məhkəməyə verdi

Olimpiya İdman Kompleksi “Azəriqaz”ı məhkəməyə verdi

“Ağcabədi Olimpiya İdman Kompleksi” MMC “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC ümumilikdə 10 min 63 manat qanunsuz hesablanmış borc məbləğinin etibarsız hesab olunması və bu məbləğin silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edimiş sənədləri araşdıraraq hesab edib ki, ərizə baxılmamış saxlanılmalıdır.

Belə ki, iş üzrə məhkəmə hazırlıq iclası təyin olunub və tərəflərə bu barədə rəsmi məlumat verilib. Qeyd olunan məhkəmə iclasında tərəflərin nümayəndələri məlum olmayan səbəbdən iştirak etməyiblər.

Azərbaycan Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır.

Qərara əsasən, ərizə baxılmamış saxlanılılıb.