Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Biləsuvar rayonunda mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən vətəndaşlarla videokonfrans formatında görüş keçirib.
E-huquq.az-ın məlumatına görə, görüşdə bir sıra əhəmiyyətli məsələlər ətrafında səmərəli müzakirə aparılıb. Biləsuvar rayon Mədəniyyət Mərkəzi, Biləsuvar rayon Tarix-Diyarşünaslıq Muzeyi, Biləsuvar Şəhər Uşaq İncəsənət Məktəbi, habelə, Əskərabad kənd Mədəniyyət Evinin binalarının əsaslı təmirə ehtiyacı olduğu qeyd edilib. Həmçinin, mədəniyyət və incəsənət sahəsində gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
B.Məhərrəmov qeyd olunan problemlərlə bağlı qısa müddətdə müvafiq strukturlarla müzakirələrə başlayacağını bildirib.


