Gəncədə 26 yaşlı oğlanı öldürməyə cəddə təqsirləndirilən Fərhad Orucovun cinaytət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə Gəncə şəhərinin Nizami rayonu ərazisində baş verib. Şəhər sakini, 1993-cü il təvəllüdlü Rabil Əhmədov qarın və döş qəfəsindən bıçaq xəsarətləri alıb.
O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və R.Əhmədovun həyatını xilas etmək mümükün olub.
Daha sonra hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən F.Əhmədov saxlanılıb və onun barəsində qəsədn adam öldürməyə cəhd, xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.
