Məzmuna keç

Biləcəridə yük qatarının vaqonunda baş verən yanğın söndürülüb – YENİLƏNİB

Biləcəridə yük qatarının vaqonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda baş verən yanğın söndürülüb.

***19:22

Bakının Biləcəri qəsəbəsində yük qatarının vaqonunda yanğın başlayıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.