Məzmuna keç

Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb.

E-huquq.az-ın məlumatına görə, bugünki iclasda əfvlə bağlı100-dən çox müraciətə baxılıb.

Komissiyanın 10 iclası keçirilib və ümumilikdə 1000-dən çox müraciətə baxılıb. Siyahının dövlət başçısına göndərilməsi nəzərdə tutulur.

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.