Məzmuna keç

Kürdəmirdə ögey oğluna əzab verərək öldürən çobana – CƏZA

Kürdəmirdə ögey oğluna əzab verərək öldürən çobana - CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsaəsn, hadisə 2018-ci ilin iyul ayının əvvəlində Kürdəmir rayonu, Muradxan kəndi ərazisində baş verib. Həmin kənddə yerləşən fermada A.Abdullayevlə ər-arvad münasibətində yaşadığı S.Yaqubovanın oğlu, 2013-cü il təvəllüdlü Murad Yaqubov kibritlə ot tayasını yandırmaq istəyib.

Buna əsasəbləşən A.Abdullayev ögey oğlunun sinəsinə sillə və yumruqla bir neçə dəfə zərbə vurub. Daha sonra A.Abdullayev M.Yuqubovun dəcəllik etdiyini əsas gətirərək, onu bir neçə dəfə döyüb və azyaşlıya anasının gözü önündə əzab verib. İyulun 21-də isə M.Yuqubov aldığı xəsarətlər nəticəsində həmin fermada ölüb.

A.Abdullayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.