Məzmuna keç

Gəncədə 2 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb

Gəncədə 2 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb

Gəncədə 2 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb.

E-huquq.az-ın xəbərinə görə, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək C.Gülməmmədova adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər.

Daha sonra C.Gülməmmədova saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Yaşar Həşimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 26-na təyin edilib.