Dünyada yeni növ koronavirus infeksiyasından ölənlərin və virusa yoluxanların sayı artıq beşinci həftədir ki, ardıcıl olaraq artır. Bu da narahatlığa səbəb olur.
E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə proqramındakı COVID-19-a qarşı texniki heyətinin rəhbəri Maria van Kerxove bildirib.
Onun sözlərinə görə, ÜST-nin beş bölgəsindən dördündə koronavirusa yoluxma sayında artım müşahidə edirik. O, qeyd edib ki, Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı hesabına Avropada yoluxma sayı 12 faiz artıb.
Şərqi Asiya bölgəsində isə 49, Şərqi Aralıq dənizi bölgəsində 8, Qərbi Sakit Okean bölgəsində isə 29 faiz artım qeydə alınıb.
