Məzmuna keç

Azərbaycanda ötən gün 22 966 nəfər COVID-19-a qarşı vaksinasiya olundu

Azərbaycan Respublikasında 23 mart tarixində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 22966 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 494 403 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya bütün rayonlarında uğurla davam etdirilir.