Ermənistanın cəzasızlığına son qoyulmalıdır –
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Twitter"də paylaşım edib.
E-huquq.az-ın məlumatına görə, nazir qeyd edib:
"Mart qırğınının qurbanlarını xatırlayaraq bu günədək azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətini, insanlığa qarşı cinayətləri və Ermənistanın tərəfindən gerçəkləşdirilən etnik təmizləməni pisləyirik və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha vurğulayırıq”.

