Məzmuna keç

Biləsuvar sakini bibisi oğlunu güllələdi

Biləsuvar sakini bibisi oğlunu güllələdi

Biləsuvarda güllələnmə hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elməddin Adil oğlu Sumqayıt şəhərindən onlara gələn bibisi oğlu Məmmədov Ceyhun Məmmədağa oğlunu ov tüfəngi ilə ayağından vuraraq yaralayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report