Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində qaz xəttini yararsız hala salıb.
Bu barədə e-huquq.az-a Azərbaycan “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən 1 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Qaz təchizatının bərpası üçün ərazidə təmir işləri aparılır.
