Məzmuna keç

Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verildi

Aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.