Məzmuna keç

Borca görə adam öldürən şəxsin şikayətinə baxıldı

Borca görə adam öldürən şəxsin şikayətinə baxıldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Səməd Pənahovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Pənahovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, S.Pənahov tanışları İlqar Abdullayev və Cabbar Babayevlə birlikdə Röyal Xankişiyevlə görüşə gedib. Görüşün məqsədi isə R.Xankişiyevin İ.Abdullayevə borclu olduğu və vaxtında verə bilmədiyi 15 manatı almaq olub.

Məlum olub ki, İ.Abdullayev R.Xankişiyevə 40 manata elektroşok satıb. R.Xankişiyev 25 manatını ödəyib və qalan məbləği yaxın zamanda verə biləcəyini deyib. Lakin dediyi vaxtda pulu qaytara bilmədiyindən tərəflər arasında söz-söhbət yaranıb. Daha sonra dava düşüb, S.Pənahov R.Xankişiyevi idman fəndi ilə yerə yıxıb, onun başı asfalta çırpılıb və ağır xəsarət alıb. Bir neçə saat sonra isə R.Xankişiyev dünyasını dəyişib.

Bu iş üzrə S.Pənahov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiuham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.