Bakıda qətl törətməkdə təqsirləndirilən Qarabağ döyüşçüsü İlqar Əliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.
E-huquq.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə mürcət edən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Məhkəmənin ilkin baxış iclası iyulun 25-nə təyin edilib.
Şikayət hakim Vaqif Mursaqulovun icraatına verilib.
İttiham aktına əsasən, İ.Əliyev 2017-ci ildə Bakda tanış olduğu, bir müddət birlikdə yeyib-içdiyi Mirəli Seyidovu qətlə yetirib. Məlumata görə, spirtli içki içdikdən sonra hər iki şəxs arasında mübahisə yaranıb. Əlbəyaxa davadan sonra İ.Əliyev üzərində olan bıçaqla M.Seyidova bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
İ.Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, İ.Əliyev ifadəsində Qarabağ döyüşlərinin iştirakçısı, batalyon komandiri, kəşfiyyatçı olduğunu bildirib.
