Məzmuna keç

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 15 465 nəfər vaksinasiya olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 206 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 471 579, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 959 804, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 511 775 nəfər təşkil edir.