Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Gilan Holdinq” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
E-huquq.az-ın xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərib.
Məhkəmə şirkətlə bağlı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati iş üzrə icraata xitam verib.
Qərardan narazı qalan Palata apellyasiya şikayəti verib. Şikayət hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır.
