Məzmuna keç

Mərmər sexində mühafizəçini döyərək quldurluq edən şəxslərin məhkəməsi başladı

Mərmər sexində mühafizəçini döyərək quldurluq edən şəxslərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Feyruz Məmmədov və Məmmədalı Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, hadisə keçən il dekabrın 5-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Qəsəbədə yerləşən mərmər sexinə gəlmiş naməlum şəxslər orada mülki mühafizəçi işləyən Göygöl rayon sakini Kamal Kazımovu döyərək, oradan 1000 manat dəyərində mərmər daşını “QAZel” markalı avtomobildə aparıb.

Daha sonra polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədovla M.Quliyevi saxlayıb və barələrində quldurluq maddəsi ilə ittiham irəli sürülüb.