Məzmuna keç

Aleksandr Kokorinlə Pavel Mamayevə hökm oxunub

Aleksandr Kokorinlə Pavel Mamayevə hökm oxunub

Rusiyanın “Zenit” klubunun hücumçusu Aleksandr Kokorinlə “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.

E-huquq.az “Report”-a istinadla xəbər verir ki, Moskvanın Presnenski rayon məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, A.Kokorini 1,5 illik, P.Mamayevi isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Davanın digər iştirakçıları – Kokorinin qardaşı Kirill 1,5 illik, onların dostu Aleksandr Protasovitskiyə isə 1 il 5 ay iş kəsilib.

Qeyd edək ki, futbolçularla yanaşı, Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitski ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin Birinci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurdular.