Məzmuna keç

Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli liderin xatirəsini yad etdi

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.

E-huquq.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər.