Məzmuna keç

“Azercell” tikinti şirkətini məhkəməyə verdi

“Azercell" tikinti şirkətini məhkəməyə verdi 

“Azercell Telekom” MMC “Baku Trading Company” MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Azercell Telekom” 2250 manat 55 qəpik borcun cavabdehdən tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddia ərizəsini baxılmamış saxlayıb.

Qeyd edək ki, “Baku Trading Company” MMC tikinti şirkətidir.