Məzmuna keç

Azərbaycanda ixtisaslaşmış-kommersiya məhkəməsinin yaradılmasına dair seminar keçirildi

Azərbaycanda beynəlxalq və yerli arbitrajın təşviqi və ixtisaslaşmış-kommersiya məhkəməsinin yaradılmasına dair seminar keçirilib

Avropa İttifaqının Ədliyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində 22-23 iyul tarixlərində Azərbaycanda beynəlxalq və yerli arbitrajın təşviqi və ixtisaslaşmış-kommersiya məhkəməsinin yaradılmasına dair seminar keçirilib.

E-huquq.az xəbər verir ki, tədbiri Avropa İttifaqının Müvəqqəti işlər vəkili cənab Denis Daniilidis giriş sözü ilə açıb.

Müzakirələrdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin Katibliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali, Apelyasiya və ixtisaslaşmış məhkəmələrin hakimləri, Vəkillər Kollegiyası, AmCham və Sahibkarlar Konfederasiyasının nümayəndələri iştirak ediblər.