Qubada qaynatasını qətlə yetirməkdə təqsirləndirilən Mehman Balayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icratına verilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 8-dən 9-na keçən gecə Qubanın İkinci Nügədi kəndində baş verib. Küsüb atası evinə gedən həyat yoldaşının yanına – uşaqlarını görməyə gedən kənd sakini olan 39 yaşlı M.Balayev qaynatası Heybət Heybətovla mübahisə edib və ona qol, çiyin və qarın nahiyəsindən 5 bıçaq endirib.
Dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 57 yaşlı qaynata H.Heybətov xəstəxanada ölüb.
Məlumata görə, M.Balayevin həyat yoldaşı hadisədən 3-4 ay əvvəl atası evinə qayıdıb. İki azyaşlı uşağını görməyə gələn kürəkənin qaynata ilə sözü çəp gəlib.
Polis əməkdaşları M.Balayevi şübhəli şəxs kimi saxlayaraq istintaqa təhvil verib.
