Məzmuna keç

Məhkəmə “İdeal” mağazalar şəbəkəsi ilə bağlı qərar verdi

Məhkəmə "İdeal" mağazalar şəbəkəsi ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində “İdeal Kompani” MMC"-nin məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “İdeal Kompani” MMC barəsində inzibati xəta haqqında protokollar tərtib edərək Xəzər Rayon Məhkəməsinə gönədərib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək, cərimələyib.

Qərardan narazı qalan “İdeal Kompani” MMC-nin rəhbərliyi apellyasiya şikayəti verib.

Xatırladaq ki, “İdeal Kompani” MMC parfümeriya və kosmetika satışını həyata keçirən mağazalar şəbəkəsinə sahibdir.