Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tərəfindən vətəndaşların qəbulu davam etdirilib.
E-huquq.az-ın xəbərinə görə, vətəndaşlarla növbəti görüş Şahbuz şəhərində olub.
Belə ki, bu gün Q.Əliyev Şahbuz Rayon Məhkəməsində vətəndaşları qəbul edərək, onların müraciətlərini dinləyib.
Qəbul zamanı müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
