Məzmuna keç

Konstitusiya Məhkəməsi vətəndaşların şikayətlərinə baxaraq qərardad çıxardı

Konstitusiya Məhkəməsi vətəndaşların şikayətlərinə baxaraq qərardad çıxardı

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş O.Haşimovanın məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun sentyabr ayının 20-nə təyin edilən iclasında baxılacaq.

Həmçinin Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş B.Qasımovun məhkəmə aktlarından verdiyi şikayətinə də baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun sentyabr ayının 24-nə təyin edilən iclasında baxılacaq.