Məzmuna keç

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Qobustan və Siyəzən rayonlarında vətəndaşları qəbul etdi

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Qobustan və Siyəzən rayonlarında vətəndaşları qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, iyulun 26-da DGK-nin rəhbərliyi Qobustan, Şamaxı və Siyəzən rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Həmin gün DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qobustanşəhərində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.

DGK-nin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Həmin gün DGK-nin sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Siyəzən şəhərində vətəndaşları qəbul edib.

Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.