Məzmuna keç

“Bakı Taksi Xidməti”nin direktoru işdən çıxdı

"Bakı Taksi Xidməti" MMC-nin direktoru Ələsgər Şirinov işdən çıxıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Taksi Xidməti" MMC-nin direktoru Ələsgər Şirinov işdən çıxıb.

E-huquq.az nazirliyə istinadən xəbər verir ki, onu müvəqqəti olaraq şirkətin direktor müavini Fuad Əliyev əvəz edir.

Xatırladaq ki, "Bakı Taksi Xidməti" "London Taxi TX4" markalı minik avtomobilləri ilə paytaxtda xidmət göstərir.