Məzmuna keç

Keçmiş müstəntiqin məhkəməsində hakim özü-özünə etiraz etdi

Keçmiş müstəntiqin məhkəməsində hakim özü-özünə etiraz etdi 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və sabiq müstəntiq Misir Əmirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra kollegiyanın hakimlərindən biri – Cavid Hüseynov özü-özünə etiraz etdiyini açıqlayıb.

O bildirib ki, sabiq müstəntiq M.Əmirovla tələbə yoldaşı olub və bir müddət onunla bir yerdə işləyib.

Buna görə də hakim özü-özünə etiraz edib.

Məhkəmə etirazı təmin edib. Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər ikisinin barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) maddəsi ilə ittiham irəli sürülüb.

V.Poladovun vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb.

Xatırladaq ki, V.Poladovla M.Əmirovun barəsində həbs qətimkan tədbiri seçilməyib.