Məzmuna keç

Konstitusiya Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxıb, qərardad çıxardı

Konstitusiya Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxıb, qərardad çıxardı

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin şərh edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 27-nə təyin edilən iclasında baxılacaq.