Məzmuna keç

Bakı və Abşeron çimərliklərində 6 nəfər batıb

Bakı və Abşeron çimərliklərində 6 nəfər batıb

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfər, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.