Kürdəxanı çimərliyində boğulan 4 nəfərin meyiti sudan çıxarılıb.
E-huquq.az-ın məlumatına görə, hadisə Kürdəxanı çimərliyində nəzarətsiz ərazidə qeydə alınıb.
Məlumata görə, batanlar Balababa, Murad, Kamran və Əli adlı dostlar olublar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report
