Məzmuna keç

FHN Çörəkbişirmə Müəssisəsini məhkəməyə verdi

FHN Çörəkbişirmə Müəssisəsini məhkəməyə verdi

Fövqaladə Hallar Nazirliyi (АРТ) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu 18 saylı Çörəkbişirmə Müəssisəsini məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən FHN qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və instituta təhvil verilməsi barədə tələb irəli sürüb.

İddia təmin edilib.

Qərardan narazı qalan müəssisə apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.