Məzmuna keç

“Azərkosmos”un müvəqqəti rəhbəri nazir müavini oldu –

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya naziri Rəşad Nəbiyevə yeni müavini təyin edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər "Azərkosmos” ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb.