Məzmuna keç

Bakıda avtomobillə piyadanı vurub öldürən şəxsin ibtidai istintaqı yekunlaşdı

Bakıda avtomobillə piyadanı vurub öldürən şəxsin ibtidai istintaqı yekunlaşdı

Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Zaur Xanbutayev cinaytət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Tural Ələkbərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il aprelin 26-da Bakının Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, rayonun Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Z.Xanbutayev idarə etdiyi “KİA Sorento” markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.