Bakı Apellyasiya Məhkəməsində “Qırxbulaq” MMC-nin məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, icraata xitam verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası “Qırxbulaq” MMC barəsində inzibati xəta haqqında protokollar tərtib edərək Binəqdi Rayon Məhkəməsinə gönədərib.
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək, cərimələyib.
Qərardan narazı qalan “Qırxbulaq” MMC apellyasiya şikayəti verib.
Qeyd edək ki, “Qırxbulaq” MMC dərman preparatlarının satışını həyata keçirən şirkətdir.
