Məzmuna keç

Bakıda axundu qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakıda axundu qətlə yetirən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində axund qardaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseynbala Şamilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası avqustun 9-na təyin edilib.

Qeyd edək ki, bu il martın 31-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb. Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngindən güllələyib. K. Şamilov aldığı yaradan ölüb.

Xatırladaq ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.