Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
E-huquq.az-ın məlumatına görə, iclasda 98 vəkilliyə namizəd təntənəli surətdə vəkil andı içərək vəkil adını qazanıb. Bununlada Vəkillər Kollegiyası üzvlərinin sayı ölkə tarixində ilk dəfə 2000-i keçərək 2025 nəfərə çatıb.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilib.
.png)
